Bakıda ərəb turistin cibindən pul oğurlanıb.
RegionTV.info xəbər verir ki, araşdırma zamanı pulu oğurlayan şəxslərin yeniyetmə qızlar olması müəyyən edilib.
Belə ki, Səbail RP 39-cu Polis Bölməsinə fevralın 13-ü saat 14 radələrində Bülbül prospekti 18A-nın qaşısında Səudiyyə Ərəbistanından olan turist Alrashidi Bader Yousefin cibindən 1000 dollar oğurlanması barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Yevlax rayon sakini olan 12 və 14 yaşlı iki qız tərəfindən törədilməsi müəyyənləşdirilib.
Hər iki qız polis tərəfindən saxlanılıb.