Bakının Nəsimi rayonunda oğul anasını döyüb.
RegionTV.info xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.
Oğlu onu ağac budağı ilə döyüb.
Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.