Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zəlzələ bölgəsindəki yerli əhali Azərbaycan xilasedicilərinə belə təşəkkür etdi

Türkiyədə zəlzələ baş verən ərazilərdə xilasedicilər durmadan çalışır.

RegionTV.info  xəbər verir ki, xilasetmə işlərində azərbaycanlı xilasedicilər də var gücləri ilə çalışırlar.

Xilasedicilərimizə zəlzələ bölgəsindəki əhali minnətdarlıqlarını bildirirlər. Onlar qardaşlıq borcunu yerinə yetirən xilasedicilərimizə ürəkdən təşəkkür ediblər.

Qeyd edək ki, fevralın 6-da təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) ilk 420 əməkdaşı bir gün sonra axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Hazırda Azərbaycanın 760 xilasedicisi Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərini həyata keçirir.

Belə ki, onlar 12 fərqli nöqtədə xilasetmə işləri aparır. Həmin bu tədbirlər 3 növbəli sistem şəkildə həyat keçirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də