Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xadimə ilə əlbir oldu, müdirini zəhərləyib 423 min dollar oğurladı - MƏHKƏMƏ

Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

RegionTV.info  xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə ifadə vermək təklif olunub. O, isə öz növbəsində ifadə verməkdən imtina edib. Belə olan halda isə məhkəmə onun ifadəsini özü elan edib.

İş materiallarından məlub olub ki, işin Bakı şəhəri Baş Polis İdarəsində istintaqı gedərkən Nelli Fabriçnaya zərərçəkmiş Əfqan Zeynalovun seyfindən 700 min manat götürdüyünü etiraf edib.

Bildirib ki, o puldan 300 min manatı Mehriban adlı xadiməyə, 120 min dollarını isə sevgilisi Rauf tərəfindən şantaj olunduğuna görə ona verdiyini deyib.

Eyni zamanda Mehribana verdiyi 300 min manatın hara xərcləndiyinin mənbələrini də göstərib. N.Fabriçnaya onu da söyləyib ki, Mehribanın məsləhəti ilə Əfqan Zeynalovu zəhərləyib.

Məhkəmədə elan olunan sənədlərdən məlum olub ki, N.Fabriçnaya Əfqan Zeynalovun seyfindən oğurladığı pulları geri qaytarmaq üçün ona qəbz verərək 19 iyul 2020-ci ilə kimi qaytarmağı öz öhdəsinə götürüb.

Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O, iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də