“Qaziantepdən gəlmişəm. Üç gün soyuqda çöldə qalmışıq”.
RegionTV.info xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında həyat yoldaşı və bir uşağı ilə birgə Türkiyədən Azərbaycana təxliyə olunan zərərçəkən deyib.
O, xəstəxanada onlara lazımi yardımın göstərildiyini qeyd edərək Azərbaycana təşəkkür edib.
“Azərbaycan dövləti bizə sahib çıxdı. Prezident İlham Əliyevə təşəkkür edirəm”, - deyə zərərçəkən əlavə edib.