İspaniyanın Qaliçya bölgəsində koronavirusa yoluxma təhlükəsini artırdığı səbəbi ilə ictimai məkanlarda siqaret çəkmək qadağan olunub.
Son həftələrdə İspaniyada koronavirusa yoluxma sayının artması yeni qorunma tədbirlərini özü ilə birlikdə gətirib.Yerli hökumət tərəfindən qəbul edilən qərara əsasən bütün ictimai məkan və küçələrdə siqaret çəkmək qadağan edilib.
Sözügedən qadağanın hazırda 827 aktiv xəstənin olduğu bölgədə virusun yayılmasının qarşısını almaq üçün mütəxəssislər tərəfindən tövsiyə edildiyi bildirilib.