Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Binanın podratçıları Gürcüstana qaçarkən saxlanıldı

RegionTV.info

Türkiyənin Adıyaman şəhərində dağılan bir çox binanın podratçısı olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş saxlanılıb.

Onlar Gürcüstana qaçmaq istəyərkən yaxalanıb.

Podratçıların bu gün İstanbul Hava Limanının Beynəlxalq Terminalında şəxsiyyət yoxlaması zamanı saxlanıldığı bildirilir.

Şübhəlilərin Adıyamanda baş verən zəlzələ nəticəsində dağılan bir çox binanın podratçıları olduğu müəyyən edilib.

Yavuz Karakuş və Sevilay Karakuşun üzərində 16 min dollardan çox pul olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də