RegionTV.info
Türkiyənin zəlzələ bölgəsində 218 406 nəfərlik şəxsi heyət, 12 487 texniki və tikinti avadanlıqları fəaliyyət göstərir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdəki hesabında yazıb.
“Siyasi baxışından və mövqeyindən asılı olmayaraq, kömək etməyə tələsən, zəlzələ bölgəsinə qaçan bütün qeyri-hökumət təşkilatları və könüllülərlə əməkdaşlığa davam. Biz birlikdə bizik”, - Kalın yazıb.
İbrahim Kalın qeyd edib ki, Türkiyə yaşadığı bu ağır günlərdə qətiyyətini itirmir: “Faciəmiz böyükdür, amma əzmimiz, qardaşlığımız daha böyükdür”.