Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı konserti təxirə düşüb.
RegionTV.info xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:
"Bu çətin zamanda soydaşlarımızın acısını paylaşaraq vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Acınız acımızdır Türkiyə".
O bildirib ki, 15-16 fevral tarixlərində Heydər Əliyev Mərkəzində planlaşdırılan konsert martın 25-i və 26-sında keçiriləcək.
Satılmış bütün biletlər mart ayı üçün etibarlıdır.