Hatayda dağıntılar altından bir azərbaycanlı ailə çıxarılıb.
RegionTV.info xəbər verir ki, adları hələ dəqiqləşdirilməmiş bir kişi, bir qadın və bir uşaq zəlzələnin dağıntıları altından çıxarılıb.
Qeyd edək ki, dağıntılar altından çıxarılan ailənin tanınmış jurnalist İsmayıl Nadirxanlının əzizləri olduğu bildirilib.
1. Şirvan şəhər sakini Məleykə Rüstəmli (Kılıç)
2. Onun həyat yoldaşı Münir Kılıç
3. 5 yaşlı oğulları Batuhan Kılıç
Həlak olan Məleykə Rüstəmli tanınmış jurnalist İsmayıl Nadirxanlının dayısı qızıdır.