RegionTV.info
Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay şəhərinin Hassa rayonunda gecə saatlarında 4,6 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 5,13 km dərinlikdə olub.
Qeyd edək ki, fevralın 11-də axşam saatlarında Hatayın Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ olmuşdu.