Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı iş adamı, 1965-ci ildə Salyanda anadan olmuş Əliyev Eldəniz Həbib oğlu doğulduğu Arbatan kənd qəbristanlığında torpağa tapşırılıb.
RegionTV.info-nun məlumatına görə, mərhum bu gün Salyana gətirilərək dəfn edilib.
Qeyd edək ki, E.Əliyev 40 ildən çox idi ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən burada baş verən dağıdıcı zəlzələnin qurbanı olub.
***09:59
Türkiyədə zəlzələ zamanı həlak olan Azərbaycan əsilli Rusiya vətəndaşı, 1965-ci ildə Salyanın Arbatan kəndində anadan olmuş Əliyev Eldəniz Həbib oğlunun cənazəsi doğulduğu rayona gətirilib.
RegionTV.info-nun məlumatına görə, mərhumun cənazəsi bu gün Arbatan kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, E.Əliyev 40 ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən baş verən dağıdıcı zəlzələnin qurbanı olub.