Türkiyədə 113 saat sonra dağıntılar altından xilas edilən yeniyetmə futbolçu Arda Gülerə səslənib.
RegionTV.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Mesut adlı oğlan gənc futbolçuya, “Arda qardaş səni çox sevirəm, məşqçiyə de səni daha çox oynatsın, heç oynatmır”, - deyib.
Futbolçunun bu çağırışa cavabı gecikməyib:
"Gözəl qardaşım sən təslim olmadın, sən bacardın, mücadilənlə bizə ümid oldun. Səni çox sevirik, özünə yaxşı bax, inşallah üz-üzə görüşmək diləyi ilə".
Həmin videonu təqdim edirik.