Məşhur türk aktyor Orhan Aydının ailəsində faciə baş verib.
RegionTV.info xəbər verir ki, aktyorun Hatayda yaşayan qızı zəlzələ zamanı dağıntılar altında qalaraq ölüb. Dağıntıntılar altında qalan Eylem Şafak Aydının cəsədi çıxarılıb.
Aktyorun keçmiş həyat yoldaşı Elif Torunu isə xilas etməm mümkün olub.
Qeyd edək ki, 75 yaşlı Orhan Aydın indiyədək Azərbaycanda da böyük maraqla izlənilən serial və filmlərə çəkilib. Türkiyə Kommunist Partiyasının üzvü olan aktyor 24 iyun 2018-ci ildə keçirilən seçkilərdə İstanbuldan deputatlığa namizəd olub.
Onu da qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Son rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 20 665 nəfər ölüb, 80088 nəfər yaralanıb, onminlərlə bina dağılıb.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.