Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
RegionTV.info xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis baş leytenantı Musayev Kazım Akif oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin tağım komandiri vəzifəsinə təyin edilib.
Kazım Musayev bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əlahiddə yol patrul bölüyünün baş inspektoru vəzifəsində çalışıb.