Hollandiya Müdafiə Nazirliyi Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etmək üçün tibbi imkanları olan "uçan təcili yardım" göndərib.
RegionTV.info xəbər verir ki, Hollandiya Kral Hərbi Hava Qüvvələrinin "uçan təcili yardımı"ı (C-130) Səhiyyə Nazirliyi və AFAD ilə koordinasiyalı şəkildə əməliyyatlarını həyata keçirəcəyi Antalya Hava Limanına enib.
Məlumata görə, C-130-un yük anbarı hər uçuşda maksimum 70-ə yaxın xəstə və yaralı qəbul etmək üçün yenidən dizayn edilib.
Qeyd olunur ki, xəstə və yaralılar təyyarədə hollandiyalı həkimlər tərəfindən tibbi təxliyə prosesi ilə digər bölgələrdəki səhiyyə müəssisələrinə köçürülə biləcəklər.