"Bu günə kimi zəlzələ nəticəsində 120 polis əməkdaşı qurban olub. Bu, təbii ki, kollektiv itkilərdir, bizim qeyri-kollektiv itkilərimiz də var. Eyni zamanda, kimliyini müəyyən edə bildiyimiz 32-dən çox jandarma qüvvəmiz də var".
RegionTV.info xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Kahramanmaraşdakı Koordinasiya mərkəzində bildirib.
Nazir, həmçinin deyib ki, dövlət bütün imkanlarını ortaya qoyub: "AFAD davamlı olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından sağ çıxarılanların sayı da göstərilir. Demək istəyirəm ki, biz çox böyük bir əməliyyat keçiririk. Biz çalışırıq ki, axtarış-xilasetmədən tutmuş qidalanma, maddi-texniki təchizatın toplanması, yardımların paylanması kimi eyni vaxtda 100-150 işi görək".