Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qaz xəttində sızma - 7 min abonent qazsız qaldı

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

RegionTV.info  xəbər verir ki, Biləsuvar şəhərinin bir hissəsini və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərini təbii qazla təmin edən daşıyıcı qaz xəttinə qazın verilişi kəsilib.

Təbii qazın verilişinin məcburi dayandırılması rayonun bir hissəsini təmin edən daşıyıcı kəmərin Zəhmətabad kəndinin girişində, asfaltın altından keçən hissəsində boru xəttinin korroziyaya uğraması nəticəsində yaranmış güclü qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.

Təmir işlərinin bu gün günorta radələrinə başa çatdırılması planlaşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də