Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Süleyman Soylu: "Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla əlaqə saxlayaraq ondan yardım istəyib.

RegionTV.info  xəbər verir ki, qardaş ölkə naziri zəlzələ bölgəsi üçün çadıra ehtiyac olduğunu deyib:

"Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərsən, minnətdar olaram. Burada böyük birlik var, zamanla yarışıb millətimiz qarşısında utanmadan xidmətdə olacağıq. Allah hamınızdan razı olsun".

Xatırladaq ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də