Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan güclü zəlzələ baş verən şəhərlərə səfərini davam etdirir.
RegionTV.info xəbər verir ki, Türkiyə dövlət başçısı bu gün Adıyamana səfər edib.
Ərdoğan təbii fəlakət baş verən ərazidəki vəziyyətlə tanış olub, axtarış-xilasetmə işlərinin gedişatı ilə bağlı məlumat alıb.
Məlumat üçün bildirək ki, Türkiyə Prezidentinin Adıyamandan sonra Malatyaya da getməsi planlaşdırılır.