Türkiyədə Kahramanmaraş mərkəzli 10 vilayəti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər zamanı həyatını itirənlər dəfn edilməyə başlanılıb.
RegionTV.info xəbər verir ki, böyük dağıntıların olduğu Hatayın Antakya rayonunda zəlzələ qəbiristanlığı yaradılıb.
AFAD-ın təşkilatçılığı ilə Antakya rayonunda ayrılan ərazidə zəlzələ qurbanlarının dəfn edilməsinə başlanılıb.
Xəstəxanalardan birbaşa maşınlarla qəbiristanlığa gətirilən cəsədlər dini qaydalar gözlənilməklə dəfn olunurlar.