
Türkiyə Silahlı Qüvvələrinin arsenalına yeni daxil edilən KAPLAN STA maşınları ilk dəfə görüntülənib.
Suriyada terrorla mübarizə aparan türk əsgərlərinin istifadəsinə verilən maşınlar səhra kamuflajları ilə diqqət çəkir.
Paletli KAPLAN STA-larda Rusiya istehsalı 5,5 km mənzilə sahib “Kornet-E ATGM” silah qülləsi mövcuddur.
“Silah Daşıyan Maşınlar” layihəsi çərçivəsində 184 KAPLAN STA, 76 PARS 4×4 olmaqla, ümumilikdə, 260 ədəd maşın Quru Qoşunlarına təhvil veriləcək.