"Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı bu gün zəlzələdən zərərçəkmiş 5 nəfəri qəbul edib".
RegionTV.info-nun xəbərinə görə, bunu FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov deyib.
O bildirib ki, hospital 4 bölmədən ibarətdir:
"Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı fevralın 8-də Türkiyənin Kahramanmaraş şəhərində qurulmağa başladı və bu gündən etibarən fəaliyyət göstərir. Burada indiyədək 5 xəstə qəbul etmişik. Onlara ilkin tibbi yardım göstərildi və daha sonra eve buraxıldı.
Burada labarotoriya, qəbul çeşidləmə, yəni ilkin tibbi yardım otağı, reanimasiya otağı, intensiv terapiya otağı və cərahiyyə bölməsi var. Həmçinin hospitalda səyyar rentgen və USM aparatı mövcuddur. Eyni zamanda burada 10 nəfər stabil xəstənin 3-4 saat ərzində müşahidə edib, digər xəstəxanalara təxliyyə edirik".