
Mingəçevirdə oğul ananı öldürüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nizami küçəsi 13, mənzil 5 ünvanında baş verib.
Oğul çəkiclə 1948-ci il təvəllüdlü anası Əhmədova Afaq İbiş qızını vuraraq öldürüb.
Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.