Türkiyədə baş verən zəlzələdə azərbaycanlı xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir.
RegionTV.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, FHN-in xilasediciləri tərəfindən 37 nəfər dağıntılar altından sağ çıxarılıb.
***08:01
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyədə 5-i uşaq olmaqla, 27 nəfəri dağıntılar altından çıxarıb.
RegionTV.info xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, 47 nəfərin cəsədi isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də iştirak edir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar baş verib. Təbii fəlakət Türkiyədə böyük dağıntı və minlərlə itkilərə yol açıb.