Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski Minsk razılaşmalarını “Rusiyaya güzəşt” olduğunu hesab edir

Ukrayna Prezidenti Volodimir Zelenski 2015-ci ildə imzalanmış Minsk razılaşmalarını “Rusiyaya güzəşt” olduğunu hesab edir.

RegionTV.info  xəbər verir ki, bu barədə dövlət başçısı “Le Figaro”ya müsahibəsində bildirib.

“Mən heç kəsi incitmək istəmirəm, lakin vəziyyəti sakitləşdirməyin bir yolu kimi görülən Minsk razılaşmaları əslində Rusiyaya güzəşt idi. Normandiyada olarkən (Normandiya formatı nəzərdə tutulur – red.) mən Emmanuelə və Merkelə, həmçinin Putinə bildirdim ki, belə formada Minsk razılaşmaları reallaşa bilməz”, - Ukrayna lideri qeyd edib.

Zelenskinin sözlərinə görə, “onlar onun dövlət başçısı seçildikdən dərhal sonra bu prosesi şübhə altına almasına təəccübləndilər və bir az da qəzəbləndilər”:

“Amma mən onlara belə dedim: mən cəbhə xəttindən qayıtdım, bu cəbhə xəttindəki bütün kəndlərdə oldum. Minsk razılaşmaları heyəta keçirilə bilməz”.

Ukrayna Prezidenti vurğulayıb ki, Minsk razılaşmalarında qəsdən səhv olub və o, aradan qaldırılmayıb:

“Krım məsələsi onlara daxil deyildi. Mən avropalılardan nə vaxt bu məsələni qaldıracağımızı soruşanda dedilər ki, burada yox və indi yox... Normandiyada Krım haqqında heç vaxt danışa bilməzdim. Bu, əsl problem idi”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də