RegionTV.info
Türkiyənin İsgəndərun limanında baş verən yanğın tamamilə söndürülüb.
Bu barədə fevralın 8-də İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu məlumat verib.
“Mütəxəssislərimiz liman ərazisini soyutmağa davam edir”, - deyə İmamoğlu öz “Telegram” kanalında yazıb.
Əməliyyatda Türkiyənin müxtəlif şəhərlərindən yanğınsöndürənlər və təyyarələr iştirak edir.
Qeyd edək ki, fevralın 6-da güclü zəlzələ nəticəsində limandakı yüzlərlə konteyner aşdıqdan sonra alovlanıb.