Türkiyədə zəlzələ nəticəsində dağılan binaların altında qalanların xilas edilməsi prosesi davam edir.
RegionTV.info xəbər verir ki, Adıyamanda uçqun altında qalan 10 aylıq körpə xilas edilib. 3 saat sonra isə onun anası da xilas edilərək xəstəxanaya aparılıb.
Ana və bala xəstəxanada qovuşublar. Xəstəxanadan bildiriblər ki, ana və körpəsinin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Türkiyədə dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər aparılır. Xilasetmə işlərində Azərbaycanlı xilasedicilər də iştirak edir.
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.