Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağılan binaların bir çoxu yeni tikilənlərdir.
RegionTV.info xəbər verir ki, bunlardan biri də Hatayda 2013-cü ildə inşa olunub. “Rönesans Rezidans” adlı tikinti şirkətinin tikdiyi 12 mərtəbədən, 250 mənzildən ibarət olan bina yerlə-yeksan olub.
Halbuki binanın satışı zamanı “Cənnətdən bir ev” devizi altında reklam edilmişdi.
Həmin binanın dronla çəkilmiş fotolarını təqdim edirik: