Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran: İslahat, yoxsa inqilab? - VİDEO

RegionTV.info

İranda 1979-cu ilin fevralında baş vermiş İslam İnqilabının 44-cü ildönümü tamam olur.

Mövzu ilə bağlı “Azad İran” “YouTube” kanalı süjet hazırlayıb.

Əslində həmin inqilaba islam inqilabı deyilməsi şərti xarakter daşıyır, çünki o dövrdə şah rejimi əleyhinə və ölkənin xarici qüvvələrdən asılılığına qarşı mübarizədə cəmiyyətin bütün təbəqələri, İranın müxtəlif siyasi təşkilatları iştirak edirdi.

Təsadüfi deyil ki, bir çox mütəxəssislər elə həmin dövrdə İranda baş verənləri xalq inqilabı adlandırırdılar.

Lakin Xomeyninin rəhbərliyi ilə İran cəmiyyətində xüsusi zümrə şəklini almış mollalar qısa müddətdə xalqın inqilabını özününküləşdirməyə müvəffəq oldular. Görünür, bu işdə öz strateji hədəflərinə uyğun şəkildə Xomeyniyə və xomeynizmə gizli dəstək verən xarici qüvvələrin və əcnəbi xüsusi xidmətlərin rolu da ciddi təsirini göstərdi. Hər halda, ruhanilərin inqilabi hərəkata rəhbərliyi ələ keçirməsi geniş kütlələrin “istiqlal, azadlıq, ədalət” şüarının “istiqlal, azadlıq, İslam Respublikası” şüarı ilə əvəzlənməsinə gətirib çıxarıb.

Şah səltənəti devrildikdən və ölkədə vilayəti-fəqih prinsipinə söykənən islam respublikası rejimi qurulduqdan sonra isə Xomeyninin rəhbərlik etdiyi klerikal zümrə addım-addım bütün digər siyasi qüvvələri məhv etmək və hakimiyyətə təkbaşına yiyələnmək xəttini yürütməyə başladı. İnqilabdan il yarım sonra başlamış İraqla müharibə də ölkəni “daxili düşmənlərdən” təmizləmək üçün mollalara yaxşı fürsət verib. Nəticədə sağçı, solçu, millətçi, liberal olmasından asılı olmayaraq, bütün siyasi təşkilatlar teokratik rejimin amansız təqiblərinə məruz qaldılar, kütləvi həbslər və edamlar yolu ilə rəqib qüvvələr siyasi səhnədən təmizləndilər.

Daha ətraflı süjetdə:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də