Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elçin Lənbəraniski narazılıq yaratdı - Bu sənə “yaxşı qardaşların” şotuna maşın almaq deyil!

RegionTV.info

Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insan ziyan çəkib, soydaşlarımıza həmrəy olmaq üçün, xalq paytaxt Bakının Babək prospektinə sel kimi axışaraq qardaş ölkə xalqına geyim, uşaq bezi, və digər sosial yardımlar göndərirlər. 

Təssüflər olsun ki, bundan istifadə edib özlərini reklam edənlərdə az deyil. Necə ki, pandemiya və 44 günlük ikinci vətən müharibəsi zamanı bunu bacarmışdılar. Onlardan birdə özünü yardım sevər və bloger kimi təqdim edən, Elçin Lənbəranskidi.

Bu şəxsi demək olar ki, bu cür kütləvi yerlərdə tez-tez görmək olar, amma nədənsə İranda səfirliymizə qarşı törədilən terror zamanı elə terrordan bir neçə saat sonra İranın Azərbaycandakı səfirliyinin qarşısında görə bilmədik.

Elçin Lənbəranskinin Babək prospektində yardım gətirən insanların qarşısına çıxıb "Bir çağırışımla" bura minlərlə insan gəlib deməsi və oradakı bəzi çıxışlar demək olar ki, sosial şəbəkədə bəzi tanınmış ictmai fəallar, jurnalistlər və siyasətçilər arasında kütləvi narazılıqa səbəb oldu.

Hətta onların Elçin Lənbəranski haqqında paylaşımına digər sosial şəbəkə istfadəçiləridə kütləvi narazlıqını bildirdi. Onu belə şoulardan yardımlardan özünə bahalı maşın, ev alması kimi ittihamlar səslənməkdə davam edir. 

Tanınmış jurnalist İlkin Muradov yazır...

Bəlkə də yeri deyil, amma özümü saxlaya bilmirəm. Bu reklamşiki görəndə əsəb keçirirəm də. Qaça-qaça gedib ora tez özünə xal qazanır. Deyir ki, bir çağırışımızla yüzlərlə insan bura gəldi. Bu sənə “yaxşı qardaşların” şotuna maşın almaq deyil. Burda yazım ki, qalsın. Bu heç də salamat adam deyil…  


Tanınmış jurnalist Elçin Novruzoğlu yazır...

Aidiyyatı orqanların nəzər-diqqətinə: Tanrı xatirinə, bu gədəni o körpünün altından uzaqlaşdırın! Onsuz da millətin əsəbləri tarıma çəkilib, bir tərəfdən də bu aşağılıq hərif insanların hissləriylə oynamasın.


İctmai Fəal Zamiq Mürsəlov yazır...

Bunun kimi fürsəti əldən verməyən adam görmədim. 


Tanınmış jurnalist TİME.TV əməkdaşı Nurlan Cəfəri yazır...

Bu arada bir şeyi də diqqətə çatdırım söz düşmüşkən. Babək prospektindəki körpünün altı bir çox tik toker və blogger və xüsusən də Elçin Ləmbaranskinin çörək yeri oldu. Utanmadan canlı yayım açıb "çağırışıma gəldiniz" deyirdilər, inanın orda onları döymək istəyən o qədər adam vardı ki...

Ümumiyyətlə orda tik tokda canlı açıb özünü reklam edənlərin heç birinə Türkiyədəki əhalinin durumu maraqlı deyil, daha çox belə hadisələr olsun, daha çox yayım edib pul və baxış yığa bilsinlər, tək dərdləri bu... 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də