Suriyada baş verən 7,7 bal gücündə zəlzələ 1250 nəfərin həyatına son qoyub.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Suriyanın Latakiya, Hələb, Həma və Tartus şəhərlərində baş verən zəlzələ nəticəsində yaralıların isə 2054-ə çatıb.
Hazırda zəlzələ baş verən şəhərlərdə xilasetmə işləri aparılır.