“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo Türkiyədəki zəlzələlərdə ziyan görənlərə yardıma başlayır.
RegionTV.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə millisinin və İtaliyanın "Atalanta" klubunun üzvü Merih Dəmiral tvitter hesabında paylaşıb.
O bildirib ki, Ronaldo ilə danışıb, zərərçəkənlərə ianə məqsədilə onun imzalı formasını hərraca çıxaracaq:
"Ronalda ilə indicə danışdım. Baş verənlərə görə çox üzüldüyünü söylədi. Hərracdan əldə olunacaq vəsait zəlzələ bölgəsi üçün istifadə ediləcək".
İlkin satış qiyməti ilə bağlı isə hələlik məlumat verilməyib.