Türkiyədə zəlzələ nəticəsində dğaılan binaların altında qalan insanların xilas edilməsi prosesi davam edir.
RegionTV.info xəbər verir ki, Hatayda uçan binanın altında qalan ana və 2 qızı xilas edilib. Jandarma və xilasedicilər onları dağıntılar altında tapıb və çətinliklə də olsa xilas edə biliblər.
Lakin qızlardan birinin ürəyi dayanıb. Xilasedicilər onun ürəyini masaj ediblər və süni nəfəs veriblər. Qızı çətinliklə də olsa həyata qaytarmaq mümkün olub. Onları xəstəxanaya yerləşdiriblər.
Qeyd edək ki, onlar 33 saat dağıntılar altında mücadilə aparıblar.