RegionTV.info
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
***21:35
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
***20:08
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.
RegionTV.info xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 22 286 nəfər yaralanıb.
***15:59
Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirənlərin sayı 3 549-a çatıb, 22 168 nəfər yaralanıb.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
O, əlavə edib ki, bu günə kimi dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.
***14:15
Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirənlərin sayı 3432-yə çatıb, 21 min 103 nəfər yaralanıb.
RegionTV.info xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı yaralıların sayı 21 103 nəfərə yüksəlib.
Eyni zamanda 5 775 binanın dağıldığı, 11 302 bina barədə isə dağılma xəbəri daxil olduğu bildirilir.
Şiddətli zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Şanlıurfa, Adıyaman, Qaziantep, Malatya və Hatayda təsirli olub.
***12:43
Türkiyədə zəlzələdə ölənlərin sayı artıb. Yaralıların sayı isə 20 min 534-dür.
Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib.
***10.58
Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirən şəxslərin sayı 3 381-ə çatıb.
RegionTV.info xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı yaralıların sayı 20 426 nəfərə yüksəlib.
Eyni zamanda 5 775 binanın dağıldığı, 11 302 bina barədə isə dağılma xəbəri daxil olduğu bildirilir.
***07:30
Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Qeyd edək ki, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
[media=https://www.youtube.com/live/nWaYSoOHk5U?feature=share]