Goranboyda bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Ədalət Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Ötən il oktyabrın 21-də saat 18 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində rayon sakini Ədalət Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi “Niva” markalı avtomobili 5-60 metr məsafədən dərəyə aşırıb.
Nəticədə sərnişini, 1983-cü il təvəllüdlü Goranboy sakini Habil Şəmilov hadisə yerində ölüb.
Daha sonra Ədalət Qurbanov cinayət məsuliyyətinə cəlb olunub.