ABŞ zəlzələdən zərərçəkənlərə kömək etmək üçün Türkiyəyə axtarış-xilasetmə qrupu göndərəcək.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, ilkin olaraq ABŞ prezidenti Co Bayden bölgədə axtarış və xilasetmə işlərinə dəstək üçün ABŞ qruplarının yerləşdiriləcəyini açıqlayıb.
Daha sonra Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi ABŞ-ın Türkiyəyə 70 nəfərlik iki axtarış-xilasetmə qrupu göndərəcəyini bildirib.