RegionTV.info
Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Qeyd edək ki, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
[media=https://www.youtube.com/live/nWaYSoOHk5U?feature=share]