Episentri Kahramanmaraşda olan və Türkiyənin 10 rayonunda qeydə alınan zəlzələ ardından evləri dağılan sakinlər çadırlarda gecələməyə hazırlaşır.
RegionTV.info-nun verdiyi məlumata görə, əvvəlcə 7.7, ardından 7.6 gücündə zəlzələdən sonra evləri dağılmış sakinlər çadırlara yerləşdirilib. Çadırlara Osmaniyə, Diyarbəkir, Adana və Kilistə evləri dağılan vətəndaşların yerləşdirildikləri bildirilir.
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) çadırda gecələyən sakinləri isti yeməklə təmin edib. Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.