Xəbər verdiyimiz kimi, Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ baş verib.
RegionTV.info xəbər verir ki, zəlzələlərin davam etdiyi bölgədə axtarış-xilasetmə işləri davam edərkən dağıntılar altında qalan kiçik bir qız uşağı sağ-salamat xilas edilib.
Azyaşlının dağıntılar altından çıxarılma anı kameralar tərəfindən qeydə alınıb. Bildirək ki, onun ilk sözü "evə getmək istəyirəm" olub.
Qeyd edək ki, kiçik qızla birlikdə qardaşının və valideynlərinin də dağıntılar altından sağ çıxarıldığı öyrənilib.