RegionTV.info
Gəncədə yeni salınan yaşayış massivlərində bir sıra problemlər müşahidə olunur. Bu haqda 4 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Şıxzamanlı qəsəbəsinin yeni yaşayış massivinin sakinləri heç bir infrastrukturun olmamasından narazıdırlar. Massiv 2014-cü ildən salınmağa başlayıb. 2017-ci ildə bir neçə ailə qaz xəttinin çəkilməsi üçün 9 min manat vəsait toplayıb layihə alıb. Qaz xətti çəkilsə də, sonradan əraziyə köçən digər ailələrin də həmin xəttə qoşulması problemlər yaradıb.
Bundan başqa, yaşayış massivində kanalizasiya xətti yoxdur. Bildirilir ki, axşam saatlarında küçələr işıqlandırılmır, yollarda asfalt örtüyü yoxdur, əraziyə marşrut xətti təyin edilməyib, küçələrə adlar verilməyib.
Səsləndirilən məsələlərə İH-dən aydınlıq gətirilib. Bildirilib ki, ərazidə layihə çərçivəsində içməli və çirkab su xətlərinin çəkilişi aparıldıqdan sonra asfalt işləri görüləcək. Bundan əlavə, şəhər ərazisində 274 küçədə işıqlandırıcıların quraşdırılması planlaşdırılır. Küçə adına gəlincə isə sakinlər bilməsələr də, küçələri Çinarlı adlanır. Onun dəyişdirilməsi üçün müvafiq qaydada müraciət olduğu təqdirdə, komissiyada baxıla bilər.