Gəncədə balaca uşaqlara əl qaldıran şəxsin görüntüləri yayılıb.
RegionTV.info xəbər verir ki, bu haqda 6 fevral tarixində məlumat verir.
İki gündür sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilər arasında müzakirələrə səbəb olub. Bildirilir ki, video “Gəncə mall” ticarət mərkəzinin yaxınlığında çəkilib. Görüntülərdə kişinin salfetka satan azyaşlı uşaqlara qarşı zor tətbiq etməsi, əl qaldıraraq üstünə qışqırması əks olunub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun redaksiyamıza verdiyi məlumata əsasən, videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanıb. 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin şəhər sakini, 41 yaşlı Etibar Əliyev olduğu müəyyən edilib. O, saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.