Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
RegionTV.info-nun məlumatına görə, Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu avtomobil vurub.
Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.