Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kanada Haitidə cinayətlə mübarizə üçün kəşfiyyat təyyarəsindən istifadə edir

Kanada rəhbərliyi cinayətlə mübarizədə Haiti hökumətinə kömək etmək üçün “CP-140 Aurora” kəşfiyyat təyyarəsindən istifadə etmək qərarına gəlib.

RegionTV.info  xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qurum qeyd edib ki, təyyarə Latın Amerikası ölkəsinin hakimiyyət orqanlarının xahişi ilə “Kanadanın Haitidə banda fəaliyyətini dayandırmaq səylərini dəstəkləmək və Kanadanın Haiti xalqına sadiqliyini nümayiş etdirmək üçün” istifadə edilib.

“CP-140 Aurora” kəşfiyyat məlumatları toplayacaq və müşahidə aparacaq. Müdafiə Nazirliyi kəşfiyyat təyyarəsinin Haitiyə nə qədər müddətə göndərildiyini açıqlamayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də