Ötən gün saxlanılan fotoqraf və bloqer Vəli Şükürov 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
RegionTV.info xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
V.Şükürov İnzibati Xətallar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 maddələri (polisin qanuni əmrinə tabe olmama) ilə təqsirli bilinib.