Çin hava şarı ilə bağlı anoloji vəziyyət yaranarkən ABŞ-a lazımi cavab vermək hüququna malikdir.
RegionTV.info xəbər verir ki, bunu bu gün Çin Müdafiə Nazirliyi bəyan edib.
Bəyanatda bildirilir ki, ABŞ-ın Çinin pilotsuz mülki hava şarına qarşı hərbi güc tətbiq etməsi çərçivəni aşan reaksiyadır. Çin Müdafiə Nazirliyi ABŞ tərəfinə qətiyyətli etirazını ifadə etdiyini və oxşar situasiyada zəruri addım atılacağını bildirib.
Qeyd edək ki, ABŞ hava məkanına daxil olan Çin hava şarını vurub.