Sumqayıtda intihar hadisəsi qeydə alınıb.
RegionTV.info xəbər verir ki, hadisə şəhərin 16-cı məhəlləsində baş verib.
Məlumata görə, Vüsal Qiyas oğlu Mirzəyev özünü yaşadığı həyətdə qaz borusundan asıb.
İntihar edən şəxs vəkil kimi fəaliyyət göstərirdi. Vəkilin hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.