Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar artıq Azərbaycanın Xocavənd rayonundakı Azıx mağarasındadırlar.
RegionTV.info-nun məlumatına görə, qrupa tanınmış azərbaycanlı səyyah Mehrac Mahmudov bələdçilik edir.
30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir.