Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində 7 yeniyetmə tapdıqları piyadaəleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.
RegionTV.info xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının başçısı Oleq Sinequbov
Onun sözlərinə görə, faciə fevralın 3-də yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) radələrində baş verib. 14-17 yaşlı üç oğlan və dörd qız piyadaəleyhinə minanın fraqmentini aşkarlayıb. Yeniyetmələrdən biri onu qaldıraraq başqa tərəfə atdıqdan sonra mina detonasiyaya uğrayıb.
Partlayış sonucunda yeniyetmələr qəlpə yaraları alıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, şiddətli döyüşlərin getdiyi İzyum şəhəri ötən ilin aprel ayında Rusiya qüvvələri tərəfindən işğal edilib. Sentyabrın 11-də Ukrayna Silahlı Qüvvələri şəhəri işğal azad edib. Sentyabrın 15-də şəhər yaxınlığındakı meşədə kütləvi məzarlıq aşkar edilib. Yerli hakimiyyət orqanları 436 nəfərin qalıqlarının tapıldığını bildirib. 6 aylıq işğal zamanı, Ukraynanın məlumatına görə, İzyumda 1000-dən çox yerli sakin həlak olub.