Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranın qərbində zəlzələ olub

İranın İraq ilə sərhədyanı bölgəsində - Kirmanşah vilayəti ərazisində zəlzələ olub.

RegionTV.info  xəbər verir ki, “


Mehr” agentliyindən verilən məlumata görə zəlzələnin maqnitudası 4,7-yə bərabər olub.

Tehran Universiteti yanında Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Təbiət hadisəsi Qəsri Şirin şəhərindən 20 km məsafədə qeydə alınıb.

Agentliyin məlumatına görə, zəlzələ səbəbindən sakinlər evlərini tərk etməli olublar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də